YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov Bakıda Fransanın xarici ticarət naziri Matias Feklin ilə ölkələrimiz arasında kosmik və nüvə tədqiqatları üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər

İyulun 6-da Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda səfərdə olan Fransanın xarici ticarət naziri Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Fransa arasında kosmik və nüvə tədqiqatları üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr, o cümlədən, kosmik sənayenin inkişafı, nanotexnologiyaların və nüvə tədqiqatlarının genişləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Nazir, həmçinin yüksək texnologiyaların tətbiqi ilə Fransa şirkətləri tərəfindən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasını xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Matias Fekl Azərbaycanın İKT sektorunda Fransa şirkətlərinin iştirakından və ilk peykin kosmik fəzaya buraxılmasında fransız maliyyə təsisatlarının verdiyi töhfədən məmnunluğunu ifadə edib. O, gələcəkdə də əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd edib və həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulayıb.

Nazir Əli Abbasov fransız şirkətləri ilə əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını, eyni zamanda İKT sahəsində qurulan münasibətlərin siyasi münasibətlərin daha da yaxınlaşmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Görüşdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv