YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyanada ATƏT-in İnsan Ölçüsü üzrə ikinci əlavə görüşündə Azərbaycanın multikulturalizm siyasətindən danışılıb

Avstriyanın paytaxtı Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və hazırda ATƏT-ə sədrlik edən Serbiyanın təşkilatçılığı ilə qurumun İnsan Ölçüsü üzrə ikinci əlavə görüşü keçirilib.

“Din və ya əqidə azadlığı, qarşılıqlı hörmət və anlaşmanın təşviqi” mövzusunda təşkil edilən görüşün məqsədi insan ölçüsü sahəsində ATƏT öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı əldə edilmiş nailiyyətlər barədə müzakirələrin aparılması və müvafiq imkanların müəyyən edilməsi olub.

Tədbirdə ATƏT-ə üzv dövlətlərin nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri də iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aqşin Axundov və ölkəmizin ATƏT yanında daimi nümayəndəliyinin əməkdaşı Nahidə Əbdürrəhmanova daxil olub.

İki gün davam edən görüşdə din və etiqad azadlığı ilə bağlı mühüm məsələlər müzakirə olunub. Dövlət müşaviri xidmətinin baş məsləhətçisi sessiyada və sessiya çərçivəsində keçirilən tədbirdə çıxış edib.

Sessiyadakı çıxışında E.Nəcəfov ölkəmizin multikulturalizm siyasəti, o cümlədən dini tolerantlıq sahəsində əldə etdiyi böyük nailiyyətlər haqqında danışıb. O, xüsusi olaraq diqqəti ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə yönəldib. Həmçinin ilk dəfə Prezident İlham Əliyev tərəfindən irəli sürülən və “Bakı prosesi” kimi tarixə düşən təşəbbüsü təhlil edib. “Bakı prosesi”nin məqsəd və vəzifələri, aktorları haqqında danışan baş məsləhətçi Azərbaycanın bu təşəbbüs çərçivəsində 2011-ci ildən bəri hər il keçirdiyi Beynəlxalq Humanitar Forum, 2011-ci, 2013-cü və 2015-ci illərdə ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk Avropa Oyunları barədə məlumat verib.

ATƏT-in İnsan Ölçüsünün ikinci əlavə görüşü çərçivəsində “Əməlisaleh müsəlmanlar - Holokost vaxtı yəhudiləri xilas edən müsəlmanlar” mövzusunda keçirilən tədbirdəki çıxışında E.Nəcəfov yəhudilərin əsrlər boyu Azərbaycanda əmin-amanlıq şəraitində yaşamaları, onların burada heç vaxt ayrı-seçkiliyə məruz qalmamaları haqqında məlumat verib. O, həmçinin yəhudilərin etnik, dini və mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıb.