YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən Lider

“Dünyanın tanıdığı İlham Əliyev” adlı kitabın təqdimatı olub

Ağdam rayon Quzanlı qəsəbəsində Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun “Dünyanın tanıdığı İlham Əliyev” adlı kitabının təqdimatı olub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin qazandığı nailiyyətlərdən və tarixi qələbələrdən danışıb, Azərbaycanın qalibiyyət tarixinin geniş təhlil edildiyi və Zəfər silsiləsində nəşr olunan “Dünyanın tanıdığı İlham Əliyev”, “Xilaskar İlham Əliyev”, “İlham Əliyev öndədir” adlı kitabların əhəmiyyətindən bəhs ediblər.

Bildirilib ki, “Dünyanın tanıdığı İlham Əliyev” kitabında Prezident İlham Əliyevin dövlətə rəhbərliyinin 20 ili ərzində ölkəmiz və dünya üçün gördüyü möhtəşəm işlərdən bəhs olunur. Dörd fəsildən ibarət kitab həm də ötən 20 ildə ölkəmizdə aparılan inkişaf və quruculuq strategiyasının, həmçinin Azərbaycan Ordusunun Müzəffər Komandanı, Prezident İlham Əliyevin Böyük Qələbəyə aparan siyasətinin yığcam salnaməsidir.