YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və qardaşlıq əlaqələrinin göstəricisi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Bərpa olunan enerji istehsalının genişləndirilməsi müasir dünyamızda hər bir dövlət üçün başlıca önəm daşıyan sahələrdən biridir. Oktyabrın 26-da Prezident İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı ölkə iqtisadiyyatının strateji hədəfinin qazıntı yanacağından asılılığın azaldılması olduğunu qeyd etdi.

Azərbaycan da artıq uzun illərdir ki, bu istiqamətdə mühüm addımlar atır və görülən işlərin miqyası daha da genişlənir. Abşeron yarımadasının boş hissəsi günəş enerjisindən istifadəyə olduqca əlverişlidir və Azərbaycan artıq 1 ildən çoxdur ki, bu ərazini yaşıl enerji mənbəyinə çevirib.

Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlıq sayəsində yaradılan Qaradağ Günəş Elektrik Stansiyası böyüklüyünə görə regionda liderdir. Ancaq bu görülən işlərin yalnız başlanğıcıdır. Hər iki ölkə arasında imzalanmış 3 investisiya sazişinə əsasən 1 qiqavat bərpaolunan enerji istehsalı planlaşdırılır. Əməkdaşlığın miqyası BƏƏ və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin göstəricisidir.

2 əsr bundan əvvəl ilk neftin istehsal olunduğu və zəngin yanacaq ehtiyatlarına malik Azərbaycanın yaşıl gündəliyə irəliləməsi regionun enerji inkişafında inqilabi hadisədir. Bərpaolunan enerjinin istehsalı həm də iri həcmdə ölkəyə investisiya tələb edir. Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir və son 30 ildə ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektoruna yatırılıb.

Azərbaycan bərpaolunan enerji sahəsində günəş və külək enerjisindən əlavə işğaldan azad edilmiş ərazilərdə hidroenerji inkişaf etdirilir. Burada istifadə verilən hidroelektrik stansiyaların istehsal gücü yaxın üç il ərzində 500 meqavat təşkil edəcək. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonası elan edilməsi  bu ərazilərin ölkəmizin yaşıl enerji gündəliyində əsas mərkəzə çevirilməyini hədəfləyir.

Dəyişən geostrateji vəziyyət Avropa üçün Azərbaycan qazının həyati əhəmiyyətini olduqca artırır. Avropa ölkələrinin həmişəkindən daha çox Azərbaycan qazına ehtiyacları var.  3500 kilometrlik qaz boru kəmərinin vaxtında istismara verilməsi Azərbaycanın Avropanın enerji təhlüksəziliyinin təmin edilməsində etibarlı və önəmli tərəfdaş olduğunu sübut edir. Azərbaycan tərəfdaşlığı yaşıl enerji sahəsində də genişləndirmək təşəbbüsü ilə çıxış edir.