YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi iradə və birlik

“Müasir dövrümüzdə enerji təhlükəsizliyi məsələsi öz prioritetliyini və əhəmiyyətini xeyli artırmışdır. Eyni zamanda dünya dövlətlərinin enerjidən asılılığı və enerjiyə olan təlabatının artması günümüzün reallığına çevrilmişdir. Xüsusi olaraq təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, dövlətimizin başçısı İlham Əliyevin enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində böyük rola malikdir. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən bu layihə dünyanın nüfuzlu, məhşur və böyük təcrübəyə malik Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti tərəfindən icra olunur. Ölkəmizdə bu cür irimiqyaslı layihələrin həyata keçirilməsi, Azərbaycanın xarici sərmayə üçün cəlbedici və açıq ölkə olmasının göstəricisidir.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 230 meqavat gücündə olan bu stansiya Azərbaycanın ixrac potensialının yüksəlməsində və ölkəmizin artan enerji tələbatının ödənilməsində böyük rol oynayacaq. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak və çıxış etdi. Çıxışında Prezident İlham Əliyev ölkəmizin önəmli tərəfdaş olmasından, Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığımızın və dostluğumuzun artan dinamikasından danışaraq bu cür layihələrin daha çox olacağını qeyd etdi: “Əlbətdə bu cür layihələrin çox olması Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu daha da artıracaq və ölkəmizə əlavə investisiya gətirəcək.”

Daha sonra ölkə başçımız enerji sahəsində həyata keçiriləcək gələcək layihələrdən və ölkəmizin enerji sahəsindəki yüksək rolundan danışdı. Hazırda Azərbaycanın təşkilatçılığı ilə böyük və dünya əhəmiyyətli enerji layihələri icra olunmaqdadır. Eyni zamanda ölkəmizdə bu cür irimiqyaslı layihələrin həyata keçirilməsi üçün bütün lazımi şərait və ən əsası sabitlik mövcuddur.

Bütün bunların nəticəsidir ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi hazırda Avropada ölkəmizə heç vaxt olmadığı qədər daha çox ehtiyac vardır. Bu ehtiyac günbəgün daha da artmaqdadır.

Azərbaycan Lideri çıxışında ölkəmizdə həyata keçirilən effektiv siyasətin strateji resursu haqqında danışaraq qeyd etdi: "Siyasi iradə və cəmiyyətdəki birlik bütün hədəflərə nail olmaq üçün zəmin yaradır"

Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi unikal siyasət və xalq iqtidar birliyi dayanır.