YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “Daily cases” saytı: Azərbaycan mədəni və dini birgəyaşayışın modelidir

İtaliyanın “Daily cases” saytında Azərbaycandakı multikultural muhitdən bəhs olunan məqalə yayılıb. Məqalədə Azərbaycan mədəni və dini birgəyaşayışın modeli, məscidlərlə yanaşı, sinaqoqların və kilsələrin fəaliyyət göstərdiyi fəxr ediləsi bir ölkə kimi təqdim olunur.

Ölkəmizin əlverişli coğrafi mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, paytaxt Bakının özəllikləri və respublikamızla bağlı digər məqamlara toxunan müəllif İtaliya Coğrafiya Cəmiyyətinin (ICC) nümayəndələrinin Azrəbaycana səfəri ilə bağlı bu ay Romada keçirilmiş konfrans haqqında da məlumat verir. Diqqətə çatdırır ki, ICC-ni təmsil edənlər Azərbaycanda ongünlük səfərdə olublar. Azərbaycandakı mövcud mədəni müxtəlifliyi, tolerant mühiti dərindən öyrənən italiyalı mütəxəssislər öz təəssüratlarını konfransda bölüşüblər. Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimlinin də qatıldığı tədbir iqtisadiyyatla yanaşı, turizm potensialına görə də fərqlənən Azərbaycanı daha yaxından tanımağa imkan yaradıb.

Yazıda qeyd olunur ki, bu gün Bakı Avropaya hər zamankından daha yaxındır. Bu şəhərin zənginliyi, möhtəşəm tikililəri, qədim tarixi abidələri, müasir göydələnləri, geniş parkları sanki səmada əks olunan cənnəti xatırladır. Azərbaycan, eyni zamanda, TAP və TANAP layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm ölkəyə çevrilib.

Müəllif yazır ki, bu gün Bakı müxtəlif mədəniyyətlərə mənsub insanların eyni məkanda toplaşdığı, qlobal movzuların müzakirə olunduğu bir şəhərə çevrilib. Belə tədbirlərdən biri də cari ilin mayında keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Tədbir haqqında ətraflı məlumat verən müəllif qeyd edir ki, Azərbaycandakı multikultural atmosfer bu cür tədbirlər vasitəsilə daha çox hiss olunur.

Azərbaycanın turizm imkanlarından da bəhs olunan məqalədə vurğulanır ki, buraya səfər edən hər bir turist təmiz küçələri və yaşıllıqları ilə zəngin olan bu ölkəyə heyran qalır.