YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək

İyulun 6-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi-təşkilati dəstəyi ilə “Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havayadək” mövzusunda beynəlxalq konfrans işə başlayacaq.

EİF-dən  bildiriblər ki, tədbirdə Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan tanınmış alimlərin Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal-məruzələri dinləniləcək. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də tədqiqatlarının nəticələrini təqdim edəcəklər.

İki gün Bakıda keçiriləcək konfransın bir sessiyası Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunacaq. Tədbirdə elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

Konfransın materiallarının kitab şəklində nəşri planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv