YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın ən varlı 200 ailəsi 1,3 trilyon dollarlıq sərvətə sahibdir

"Forbes" jurnalı ABŞ-ın ən varlı 200 ailəsinin reytinqini açıqlayıb. Keçən il olduğu kimi, ilk yerin sahibi dəyişməz qalıb: o, "Walmart" hipermarketlər şəbəkəsinin nəzarət payına sahib olan Uolton ailəsidir. Ailə üzvlərinin varidatı 149 milyard dollar (keçən illə müqayisədə 3 milyard az) həcmində qiymətləndirilir.

BBC telekanalı xəbər verir ki, reytinqdə Uoltonların ardınca "Koch Industries" kompaniyasının sahibi - Kox ailəsi gəlir. Üçüncü yerdə isə əsasən şokoladlı "Mars" batonlarının istehsalçısı olan dünyanın ən iri qənnadi kompaniyasının sahibi Mars ailəsi qərarlaşıb. Mars ailəsinin vəsaiti 80 milyard dollardır.

Bu ilin reytinqinə 30 yeni soyad, o cümlədən ağrıkəsici "Oxycontin" preparatlarının istehsalçısı - Sakler ailəsi, həmçinin "Skechers" i

idman ayaqqabılarının satışı ilə məşğul olan Qrinberqlər daxildir.

“Forbes”in reytinq siyahısında yer alan 200 ailənin varidatı ümumilikdə 1,3 trilyon dollar həcmində qiymətləndirilir.