YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva: Biz birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə fəxr edirik

«Biz birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə fəxr edirik. Bu Oyunlar Avropa idmanının tarixində yeni səhifə açdı. Birinci Avropa Oyunlarını qəbul etmək və keçirmək ölkəmiz üçün böyük şərəf və böyük məsuliyyət idi». Bu fikirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva «Trend» informasiya agentliyinə müsahibəsində deyib.

Leyla Əliyeva bildirib ki, sevindirici haldır ki, bütün bu vaxt ərzində gənclər, çoxsaylı könüllülər kömək etmək arzusunu ifadə edirdilər. Onlar bütün hazırlıq proseslərində iştirak edirdilər. Əlbəttə, nə qədər yaxşı və yüksək səviyyədə Oyunlar hazırlansa da, könüllülərin köməyi olmadan keçirilə bilməzdi. Onların böyük səylə, məsuliyyətlə və həvəslə öz işlərini yerinə yetirimələri Avropa Oyunlarının müvəffəqiyyətinin əhəmiyyətli elementlərindən biri oldu.

«Biz əhalinin yüksək fəallığını müşahidə edirdik, bütün zallar tamaşaçılarla dolu idi. Biz anlayırdıq ki, Bakı Oyunları bütün gələcək Oyunların standartlarını müəyyən edəcək. Böyük nüfuzlu yarışların təşkilində milli təcrübəni və böyük idman ənənələrinin olmasını nəzərə alaraq biz hamımız inanırdıq ki, Azərbaycan bu Oyunları mütləq ən yüksək səviyyədə keçirəcək. Bu gün biz hamımız şahidik ki, yarışlar ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçirildi və müxtəlif ölkələri, xalqları, insanları bir araya toplayaraq həm qonaqlar, həm də bakılılar üçün möhtəşəm idman bayramı oldu. İndi Oyunların keçiriləcəyi istənilən başqa ölkəyə çox çətin olacaq, çünki artıq müqayisə ediləsi yaxşı təcrübə var»- deyə, Leyla Əliyeva vurğulayıb.