YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: "Bakı 2015" birinci Avropa Oyunlarında təhlükəsizlik məsələləri ən yüksək səviyyədə təmin olunmuşdu

""Bakı 2015" birinci Avropa Oyunlarında təhlükəsizlik məsələləri ən yüksək səviyyədə təmin olunmuşdu". Bu fikri Milli Məclisin deputatı  Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, artıq “Bakı 2015” birinci Avropa Oyunları tarixə çevrildi. Onun sözlərinə görə, iyulun 12-dən 28-ə kimi bütün dünyanın diqqəti Azərbaycana, Bakıya yönəlmişdi.

«Rekord bir müddətə - cəmi 30 ay ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə həyata keçirilən təşkilatçılıq tədbirləri nəticəsində Oyunlarıın keçrilməsi üçün lazım olan idman arenaları və bütün infrostrukturlar ən yüksək səviyyədə hazırlanıb yarış iştirakçılarının istifadəsinə verildi. Yarışlarda Avropanın 50 ölkəsindən 6000 minə yaxın idmançı iştirak etdi. İştirakçı ölkələrdən nümayəndə heyətləri, qonaqlar, dünyanın bir çox yerlərindən ölkəmizə gələn turistlər Bakı ilə Azərbaycanla yaxından tanış oldular»- deyə, R.Əliyev vurğulayıb.

Millət vəkili qeyd edib ki, Oyunlara hazırlıq prosesində ən mühüm məsələlərdən biri isə yarışların keçirildiyi müddətdə idmançıların, ölkəmizə gələn qonaqların, turistlərin, ümumilkdə bu möhtəşəm idman bayramının təhlükəsizliyini təmin etməkdən ibarət idi: "Heydər Əliyev Beynəlxalq Aeroportunda gələn idmançıların, qonaqların qarşılanmasından başlayaraq onların “Atletlər kəndində” qalacaqları otellərə çatdırılmaları, oradan yarışların keçirildiyi arenalara çatdırılmaları, eləcə də yarışların keçirildiyi zaman həmin idman obyektlərində təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həll olunmuşdu. Qeyd etmək lazımdır ki, ölkənin güc strukturları rəhbərləri “Bakı 2015” Avropa Oyunları Təşkilat Komitəsinin üzvləri kimi qarşılarında qoyulan vəzifələri ən yüksək səviyyədə həll edə bildilər".

R.Əliyev bildirib ki, bu dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın sərhəd bölgələrdəki mövqeləri daha çox atəşə məruz qaldı: "Onlar müxtəlif profokasiyalara əl atdılar. Lakin silahlı qüvvələrimiz tərəfindən düşmənə layiqli cavab verildi. Bütün bunlar göstərir ki, artıq Azərbaycan güclü iqdisadiyyata, güclü orduya, əhalinin təhlükəsizliyini, dövlətimizin maraqlarının qorunmasını təmin edən yüksək səviyyəli peşəkar kadrlardan ibarət güc strukturlarına malik bir dövlətə çevrilib".

 

 

DİGƏR Xəbərlər Arxiv