YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 oktyabr -Zəfərə aparan yolun başlanğıcı

Göygöl rayonunda bu mövzuda konfrans keçirilib

Göygöl rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi münasibətilə “15 oktyabr -Zəfərə aparan yolun başlanğıcı” mövzusunda konfrans keçirilib.

YAP Göygöl rayon təşkilatı tərəfindən təşkil olunmuş konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin əməkdaşları  və YAP Göygöl rayon təşkilatının bütün ərazi partiya təşkilatlarını təmsil edən 165 nəfər iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.  Heydər Əliyev Mərkəzində keçirilən tədbir dövlət himnini səslənməsi ilə başlandı və ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş sözü ilə çıxış edərək 2003-cü ilin 15 oktyabr gününün Azərbaycan tarixinə çox mühüm və əlamətdar gün kimi daxil olduğunu vurğulayaraq, həmin gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdiyini, qədir bilən xalqımız  həmin gün cənab İlham Əliyevi  Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdiyini, bununla da  Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə, ölkədə bu siyasətə alternativin olmadığını göstərdiyini bildirdi. Vüqar İsayev həmin gün müasir Azərbaycan dövlətinin siyasi yüksəlişinin növbəti mərhələyə keçid etməsindən, inkişafdan-tərəqqiyə, tərəqqidən zəfərə yol açmasından danışaraq, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən, Prezident İlham Əliyevin sözünə-vədinə əməl etdiyini və sözün əsil mənasında hər bir Azərbaycanlının Prezidenti olduğunu diqqətə çatdırıb.  

Musiqi məktəbi ərazi partiya təşkilatının sədri Nuranə xanım Quliyevaya “15 oktyabr-Zəfərə aparan yolun başlanğıcı” mövzusunda geniş məruzəsi dinlənildikdən sonra Yeni Qızılca ərazi partiya təşkilatının sədr müavini, partiya veteranı Ofeliya Rəhimova çıxış edib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək, bildirib ki, Prezident İlham Əliyev ilk öncə demokratiyanın milli kimliyimizlə, uzlaşan bir sistem olduğunu dünyaya sübut etdi və intellektual əsaslara söykənən modernist cəmiyyət formalaşdıra bildi: “Bu, müasir dünya siyasi sisteminə möhür vuran inkişafın Azərbaycan modelidir. Artıq dünya birliyi – beynəlxalq ictimaiyyət “Milli inkişafın – Azərbaycan modeli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir.

Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalarının praktiki nəticələrini nəzərdən keçirəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi və  Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində ölkəmiz  hazırda bütün maraqların kəsişdiyi və milli maraqlarımızın öndə tutulduğu geopolitik məkana çevrilib. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Böyük Qələbəni qanı-canı hesabına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxtliyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırmış oldu. “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqlarımız tam bərpa edildi.”

Beləliklə güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrilib. 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti bundan sonra da Prezident İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

Sonra partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına YAP Göygöl rayon təşkilatının fəxri fərmanları və yeni üzvlüyə qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir rayon Mədəniyyət evinin müsiqiçilərindən İsmət Sabirlinin, Rabil Hacızadənin, Sərvan İsmayılovun, Cavid Məmmədovun və digərlərinin ifaları ilə keçirilən konsert proqramı ilə davam etib.