YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülvi Quliyev: Yeni yaradılan idman infrastrukturu bundan sonra da ölkəmizdə idman hərəkatının vüsət almasına xidmətini göstərəcək

«İlk Avropa Oyunlarına  hazırlışmaq üçün ölkəmiz əlində olan müddətdən maksimum fayda ilə istifadə etdi. Ölkə Prezidenti İlham Əliyevin, birinci Avropa Oyunları  Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti sayəsində Azərbaycan bu sınaqdan üzüağ çıxdı. Prezident İlham Əliyevin də vurğuladığı kimi bu işdə bütün cəmiyyət, xalqımız fəallıq göstərdi. Təkcə məşəlin qarşılanması mərasimlərində iki milyona yaxın insanın iştirakı Azərbaycan vətəndaşlarının Avropa Oyunlarına dəstəyinin parlaq ifadəsi sayılır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Ü.Quliyev bildirib ki, yeni yaradılan idman infrastrukturu isə bundan sonra da ölkəmizdə idman hərəkatının vüsət almasına xidmətini göstərəcək. Onun sözlərinə görə, Avropa Oyunlarının standartlarını yaradan Azərbaycan dövləti bundan sonra da genişmiqyaslı tədbirlərə ev sahibliyi etmək iddiasını ortaya qoydu.

«Bu çox mühüm amildir. Bu gün dünyada gedən gərgin iqtisadi proseslərin fonunda öz inkişaf dinamikasını davam etdirən, sosial layihələr həyata keçirən, vətəndaşların rifahının yüksəlməsi yönümündə mühüm addımları ilə seçilən Azərbaycan dövləti bu cür gözəl, təntənəli idman yarışı keçirməklə bir sıra mühüm faktları ortaya qoymuş oldu. Birincisi, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulanvə bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən iqtisadi siyasətimizin düzgün istiqamətləndirilməsi ölkəmizi bu cür nailiyyətlərə qovuşdurub. Azərbaycanda azad bazar iqtisadiyyatının formalaşdırılması, milli maraqlara söykənən siyasətin yürüdülməsi və ən əsası dövlət gəlirlərindən düzgün və səmərəli istifadə Azərbaycan dövlətinin iqtisadi qüdrətinin bazasını formalaşdıran elementlərdir. İlk Avropa Oyunları miqyasında yarışlar həm də ölkəmizin turizm potensialının tanıdılmasında, ölkəmizin təhlükəsiz bir dövlət olmasının təbliğində böyük rola malikdir. Bu baxımdan, Avropa Oyunları ümumilikdə Azərbaycanın potensialının dünyaya tanıdılmasına xidmət göstərdi»- deyə, Ü.Quliyev vurğulayıb.