YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan rifah və quruculuq dövrünü yaşayır

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan öz növbəsində hər zaman İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının cari ilin oktyabrın 10-da  Şuşa şəhərində keçirilməsi İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. İclasda üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İqtisadi Əməkdaşlıq Təşkilatının ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflər müzakirə edilmişdir. 

Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktubla müraciət etmişdir. Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.

Azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işləri barədə tədbir iştirakçılarını məlumatlandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, “2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk”.

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyimizin ən önəmli tədbiri olan Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın tarixi şəhəri Şuşada keçirilməsi və qəbul olunmuş Şuşa Bəyannaməsinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına müsbət töhfələrini verəcəkdir.