YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriya atleti Olivia Hofmann: Dünyanın ən yaxşı atıcılıq arenasında yarışa çıxmaq gözəl hisslər idi

“Bakı-2015” ilk Avropa Oyunlarının bürünc medalçısı Olivia Hofmann Bakını heç zaman unutmayacaq. Qadınlar arasında atıcılıq idman növünün „10 metrdən hava tüfəngi ilə atəş“ və „50 metrdən üç vəziyyətdə atəş“ kateqoriyaları üzrə Avropa Oyunlarına qatılan gənc Avstriya atleti Bakıda idman karyerasının ən böyük uğuruna imza atıb. 50 metrdən üç vəziyyətdə atəş kateqoriyasında aktivinə bürünc medal yazan Oliviya Hofmann  açıqlamasında Bakıda yaşadığı günləri məmnunluqla yada salıb: “Mən Bakıdakı günlərdən böyük ləzzət aldım. Dünyanın ən yaxşı atıcılıq arenasında yarışa çıxmaq isə gözəl hisslər idi”.

Bakının onun əhval-ruhiyyəsinə müsbət təsir göstərdiyini qeyd edən “bürünc atıcı” həmin həyəcanlı günləri belə xatırlayır: “Yarışlara qatıldığım ilk kateqoriya üzrə heç də uğurlu çıxış edə bilmədim, 10 metrdən hava tüfəngi ilə atəş yarışı arzuladığım kimi alınmadı və təsnifatda 18-ci yerdə qərarlaşmağım əhval-ruhiyyəmə çox pis təsir göstərdi. Bakının mərkəzində gəzinti və şoppinq fikirlərimi dağıtmağa kömək etdi və əvvəlki mübarizə ruhumu geri qaytardı. Belə bir möhtəşəm yarışmada ilk medalımı qazandım. Bu, çox gözəl bir hissdir və “Rio-2016” üçün məni daha da ruhlandırır”.

Qeyd edək ki, əslən Avstriyanın Tirol əyalətindən olan 22 yaşlı Oliviya Hofmann atıcılıq üzrə Avstriya yığma komandasının ən ümidverici üzvlərindəndir. O, eyni zamanda, „Rio-2016“ üçün Avstriya idmançıları arasında hava tüfəngi və tapança ilə atəş üzrə medallara iddialı əsas şəxs hesab olunur.