Xəbərlər
YAP Səbail rayon təşkilatı Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil edib

Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil olunub.
Eskskursiya zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü misilsiz işlərdən söhbət açıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri tariximizin şanlı səhifələrini təşkil edir.
Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə toxunan M.Nağıyev vurğulayıb ki, bu illər ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub. Vətəndaşlarımızın rifah halı daha da yüksəlib. Bu illər ərzində Azərbaycan genişmiqyaslı islahatlar ölkəsinə çevrilib.
Diqqətə çatdırıb ki, Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyini təmin edib. İşğaldan azad olunmuş şəhər və rayonlarımız Dövlət Başçısının rəhbərliyi ilə yenidən qurulur, dirçəldilir.
Ekskursiyaya qatılan YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov gənclərə Azərbaycanın inkişaf yolundan, əldə olunan nəaliyyət və inkişafdan bəhs edib. Bildirib ki, ölkəmizin inkişafının təməlində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən çoxşaxəli siyasətin Prezident İlham Əliyev tərəfindən son 20 ildə məzmun və keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi dayanır. Ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycan bu gün heç kimdən asılı deyil, özü öz taleyinin sahibi olmaqla yanaşı dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilib.
Ekskursiya zamanı gənclərin çoxsaylı sualları da cavablandırılıb.