YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Türk dünyasında inteqrasiya prosesləri sürətlənib

«Türk dünyasını əvvəlki dövrlərlə müqayisə etsək, təbii ki, bu məkanda inteqrasiya kifayət qədər sürətlidir. Artıq nəinki ortaq mədəni, elmi, hətta ortaq siyasi mərkəzlər yaranır». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, artıq dil sahəsində də maraqlı təcrübə var. Onun sözlərinə görə, türk xalqlarının nümayəndələri öz dillərində birbirilərni başa düşür. Yəni onlar mümkün qədər ortaq formada danışmağa çalışırlar. 

«Ümumiyyətlə, türk dünyasında inteqrasiya yüksək səviyyədə gedir. Ulu öndər Heydər Əliyev demişdi ki, türk xalqlarının mədəni birliyini onların siyasi birliyi tamamlamalıdır. Artıq istər-istəməz biz bu inteqrasiyanı görürük. Beynəlxalq təşkilatlarda da bu inteqrasiya özünü aydın şəkildə göstərir. Biz türklər olaraq ortaq düşüncədə danışa bilirik. Dünyada bizim birliyimizi daha yaxşı dərk edirlər. Amma bizə qarşı dayanan qüvvələr də çoxdur. Bütün bunlara baxmayaraq, biz dünyaya türk kimi inteqrasiya olunmalıyıq, bunun üçün imkanlarımız güclüdür»- deyə, N.Cəfərov vurğulayıb.