YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ƏƏSMN tərəfindən gələn həftə 5 rayon və şəhərdə səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Neftçala, Salyan, Hacıqabul, Sabirabad rayonlarında və Şirvan şəhərində davam etdiriləcək. Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

İyulun 8-də saat 9.00-dan 12.00-dək Neftçala rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında və saat 13.00-dan 18.00-dək Salyan rayon ƏSMM-nin inzibati binasında, iyulun 9-da saat 9.00-dan 13.00-dək Hacıqabul rayon ƏSMM-nin inzibati binasında və saat 14.00-dan 18.00-dək Şirvan şəhərindəki Əlillərin Bərpa Mərkəzində ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidməti ilə təmin olunacaqlar. Növbəti gün, iyulun 10-da isə saat 9.00-dan 16.00-dək Sabirabad rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında bu təbəqədən olan şəxslərə  protez-ortopedik bərpa xidməti göstəriləcək.

Onlar ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri (yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s.) ilə təmin ediləcəklər.