YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev çoxəsrlik tariximizin Zəfər səhifəsini yazdı

Xaçmaz rayonunda “Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-2023” mövzusunda tədbir keçirilib

Oktyabrın 12-də YAP Xaçmaz rayon təşkilatında ərazi partiya təşkilatı sədrlərinin və partiya fəallarının iştirakı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-2023” mövzusunda elmi-praktik konfrans keçirilib.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, Azərbaycan ən yüksək zirvələri fəth edir: “Ümummilli Liderin siyasi kursunu son 20 ildə bütün sahələrdə uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çoxəsrlik tariximizin Zəfər səhifəsini yazdı. Son üç ildə Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün bu işlər Azərbaycanın öz daxili imkanları hesabına aparılır. Azərbaycan son 20 ildə təkmil islahatları, inkişaf modeli ilə dünyanın diqqətindədir. Cənab İlham Əliyev uğurlu siyasəti ilə Azərbaycanı innovasiyalar ölkəsi kimi tanıdır.”

Məhəmməd Balaqadaşov onu da qeyd edib ki, 20 ilin uğurları gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Yeni-yeni hədəflər müəyyənləşdirilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bu hədəfləri və onların icra mexanizmini özündə ehtiva edir.

Tədbirdə çıxış edən partiya fəalları Məhərrəm Abasov, Abasyar Heydərov, Esmira Babayeva və Elman Məmmədov Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək belə bir əminliyi ifadə ediblər ki, qalib Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.