YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniya Kralı Əlahəzrət VI Felipeyə məktub göndərib.

Məktubda deyilir: “İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.