YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq və təhlükəsizlik bərqərar olacaq

Sevinc Hüseynova

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı

Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq liderlik faktoru milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bəzi liderlər xilaskarlıq missiyası yerinə yetirmiş,onların bir qismi isə mürəkkəb şəraiti xalq üçün tarixi fürsətə çevirərək yeni eranın əsasını qoymuşdur. Bu mənada, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır.

Danılmaz həqiqətdir ki, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsədə XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin gətiyətli, milli maraqla və ümümbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayragımızın ən yüksək zirvələrdə əzmlə dalgalanmasının qururunu yaşamiş və hazırda yaşamaqdadır. Bu baxımdan bizi bəxtli və ugurlu xalglardan hesab etmək olar.

Adətən dovlətlərin tarixindən goruruk ki, guclu liderdən sonra hakimiyətə zəif rəhbərlər olub. Nadir hallarda Guclu lideri Guclü lider əvəzləyir. Xalqimizin uguru həmdə ondan ibarətdir ki, hər iki lider eyni siyasəti xəttə- Heydər Əliyev siyasətinə xidmət etmiş, bu siyasətin banisi və onun layigli davamçısı arasında hakimiyyətdə fasilə yaranmamışdır.

90-ci ilin əvvəlləridə müstəqilliyimizin itirilməsi təhlükəsizliyilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə qötürmüş və şərəflə yerinə yetirmışdir. Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti Azərbaycanımızı tənəzüldən tərəqi yoluna cıxarmış, xalqimizin milli sərvəti olan Müstəqilliyini əbədi və dönməzliyini təmin etmişdir.

Ulu Ondərin ən böyük xidmətlərindən biridə siyasi varisliyin təmin etməsi oldu. 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ilin martında partiyanın III Qurultayında isə YAP-ın Sədri seçilən İlham Əliyev ona bəslənilən bütün ümidləri ötən müddətdə müdrik fəaliyyəti ilə ən mükəmməl şəkildə doğrultdu, Heydər Əliyevin layiqli varisi olduğunu sübuta yetirdi.

Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz böyük uğurlar əldə etdi. Azərbaycan ötən 20 il ərzində böyük infrastruktur layihələri həyata keçirməklə, biznes mühitini yaxşılaşdırmaqla, xarici investorları cəlb etməklə iqtisadi sahədə böyük uğurlar qazanıb. Bunun nəticəsində dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə kimi tanınıb. Siyasi sabitlik baxımından respublikamız bir çox ölkələr üçün örnəyə, nümunəyə çevrilib. Bu uğuru şərtləndirən amillər haqqında danışarkən qeyd edək ki, 30 illik işğal dövründə ölkəmizin hərbi qüdrətinin mükəmməlləşməsi üçün çox iş görülmüşdür. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu ordumuz dahi şəxsiyyətin layiqli varisi Prezident İlham Əliyev tərəfindən modernləşdirilən Silahlı Qüvvələrə çevrilmişdir. Dövlət başçısı təmkinlə diplomatik sahədə təxirəsalınmaz tədbirlər reallaşdırmış, beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan etmiş, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu çatdırmışdır.

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun dünyada hərbi əməliyyatların planlaşdırılmasının, həyata keçirilməsinin və yekunlaşdırılmasının yeni texnologiyalara əsaslanan ilk praktik nümunəsini bütün dünyaya göstərdi. Bu savaş xalqımızın mətin iradəyə malik olduğunu, milli ideya ətrafında sıx birləşmək gücünü və işğala boyun əyməmək əzmini təsdiqlədi. Dövlət-xalq-ordu birliyi zəfərin əldə olunmasını şərtləndirdi. Prezident İlham Əliyev diplomatik məharəti və yenilməz sərkərdəlik qabiliyyəti ilə əsl lider olduğunu bir daha təsdiq etdi. Ermənilərin Cənubi Qafqaza köçürülməsindən və torpaqlarımızda kompakt yaşamağa başladığı vaxtdan keçən təxminən 200 illik bir dövrdə ərsəyə gətirdikləri və "dənizdən-dənizə böyük Ermənistan" kimi mifik təsəvvürlərə əsaslanan xəstə milli ideyası Vətən müharibəsində darmadağın oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində düşmənin ərazilərimizdən qovulması, bir müddət sonra sərhəddə Laçın rayonunda Həkəri çayının üstündəki körpüdə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bütün sərhədlərimiz üzərində nəzarətin əldə edilməsi, lokal xarakterli antiterror tədbirlərindən sonra separatçı rejimin dövlətimizin şərtlərini qəbul edərək ağ bayraq qaldırması nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərpa olundu. Bununulada Heydər Əliyev siyasəti hər iki liderin fəaliyəti sahəsində Azərbaycanimizi tənəzüldən tərəqiyə, tərəqidən isə Zəfərə apardı. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda erməni faşizminin xaraba qoyduğu yaşayış sahələrinə yeni həyat gətirir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün genişmiqyaslı layihələr reallaşdırır. Əldə olunmuş Qələbə təkcə Azərbaycanın deyil, bütün bölgənin inkişafı üçün yeni imkanlar açdı. Ata vəsiyətinə sadiq Sərkərdə, Prezident İlham Əliyev Heydər Əliyev siyasətini layigincə davam etdirərək bölgəmizdə- Cənubi Qafqazda sulhun bərqərar olmasinda mühüm işlər görür. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev bu hədəfədə nail olacaqdır. Cənubi Qafqazda əsirlərdən sonra sulh, əməkdaşlıq və təhlükəsizlik bərqərar olacaqdır.