YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: I Avropa Oyunları yerli və beynəlxalq sığorta şirkətləri tərəfindən dəstəkləndi

“I Avropa Oyunları Avropa və xüsusilə Azərbaycan üçün mühüm və əhəmiyyətli hadisə oldu”.

Bu barədə ölkənin maliyyə naziri Samir Şərifov Bakıda keçirilən VI Beynəlxalq Sığorta Forumu zamanı deyib.

Nazir bildirib ki, forum çox əhəmiyyətli bir vaxtda keçirilir: “İlk Avropa Oyunları bu günlərdə başa çatdı. 17 gün ərzində Azərbaycan 50 ölkədən 6 min idmançını qürurla qəbul etdi”.

S.Şərifov həmçinin Azərbaycanın belə böyük tədbiri çox az müddətə təşkil etdiyini qeyd edib.

Bununla yanaşı, nazir I Avropa Oyunlarını həm yerli, həm beynəlxalq sığorta şirkətlərinin dəstəklədiyini xüsusi vurğulayıb.