YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

 Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bu ilin sentyabr ayında bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirildi.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərində qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. 

Azərbaycan Prezidenti İlham Əliyev lokal antiterror tədbirlərinin yekunu olaraq xalqa müraciəti bir çox istiqamətlərdə xalqımızın, dövlətimizin baxış prizmasını əsas hədəflərini çatdırmış oldu.

Ölkə Prezidenti qeyd edib ki, əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır və bizim Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Beynəlxalq tərəfdaşlardan bizə verilən məlumat ondan ibarət idi ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar.

 Bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina etdikləri halda, şərtlərimizi qəbul etməklə yanaşı Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazır oldular.

Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər.  Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.

Ölkə başçısı dəfələrlə qeyd edirdi ki, Qarabağ Azərbaycanın daxili işidir. Bu lokal xarakterli antiterror tədbirlər nəticəsində Qarabağla bağlı açıq qalan məsələlərin həlli xarici siyasətin kontekstindən çıxıb Azərbaycanın daxili işi kimi daha da möhkəmləndi. Nə Ermənistan, nə də Bakı ilə İrəvan arasındakı danışıqlarda vasitəçilik edən tərəflərin artıq Qarabağ məsələsini müzakirələrin predmeti etmək kimi potensialı yoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti dinc erməni sakinlər tərəfindən diqqətə alınmalıdır. Onlar bundan sonra yaxşı həyat yaşamaqlarında maraqlıdırlarsa, bu müraciətə müsbət əməli reaksiya verməlidirlər. Azərbaycan Prezidenti erməni sakinlərə ləyaqətli həyat vəd edir. Erməni sakinlər Prezident İlham Əliyevin verdiyi vədləri yerinə yetirən lider olduğunu, hər halda, görürlər. Ona görə də ona inanmalıdırlar.