YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarix yazan qəhrəmanlar...

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Vətən müharibəsində şəhid olmuş 23 ADNSU məzununun xatirəsinə salınmış kompleksin önünə əklil qoyulub.

Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP İdarə Heyətinin üzvü, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, partiyanın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışlarında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərin əhəmiyyətindən danışıb, torpaqlarımızın işğaldan azad olunduğunu bildiriblər. Ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsinin daim ürəklərdə yaşayacağı qeyd olunub.

Sonra "ADNSU-nun tarix yazan qəhrəmanları” adlı sənədli film nümayiş olunub.

Sonda universitetdə şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb.