YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şanlı Zəfər tarixi: praqmatik gənclər siyasəti və milli vətənpərvərlik dəyərləri”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi ilə birgə “Şanlı Zəfər tarixi: praqmatik gənclər siyasəti və milli vətənpərvərlik dəyərləri” mövzusunda silsilə tədbirlər keçirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində keçirilən tədbirlərdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, “Şanlı Zəfər tarixi: praqmatik gənclər siyasəti və milli vətənpərvərlik dəyərləri” layihəsinin rəhbəri Rəsul Səlimzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Bakı Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılov, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru Akif Cahangirov, qazilərdən Teymur Kərimli, Emin Eminli, Kənan Zeynalov, Aydın Zöhrabov, Tural Abdullayev, Daşqın İsgəndərov, Xaqani Orucov və başqaları çıxış ediblər.

Bildirilib ki, bu gün Azərbaycan gənci həm də yüksək vətənpərvərlik ruhunda böyüyən qəhrəmandır, igiddir. 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfər bunun bariz təcəssümüdür. Məhz müstəqillik dövrünün gəncləri göstərdiyi şücaət, igidliklə adlarını Azərbaycan tarixinin şərəfli səhifələrinə yazdılar. Bu tarixi Zəfər eyni zamanda xalqın, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, Vətən, dövlət, bayraq sevgisini parlaq şəkildə nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək könüllü şəkildə silaha sarılan gənclər vətən uğrunda qan töküb can verdilər. Bu savaşda vətən uğrunda döyüşmək, vətəni sevmək, vətəni qorumaq gənclərin əsas vəzifəsi idi və bütün bunlar Azərbaycan gəncinin simasında öz ifadəsini tapdı.

Vurğulanıb ki, Azərbaycan gəncinin şücaətinin, vətənpərvərliyinin və vətən sevərliyinin əsasında həm də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin şaxələndirdiyi praqmatik gənclər siyasəti də dayanır. 

Tədbirlərdə gəncləri maraqlandıran suallar cavablandırılıb, sertifikatlar təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv