YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilər məsuliyyətlə düşünsələr...

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün ilk növbədə müharibə başa çatdıqdan sonra əldə olunmuş razılaşmaları səmimiyyətlə həyata keçirmək, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək lazım idi. Lakin bu günə qədər Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan heç bir əməli addım atmayıb. İki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin şərtləri Azərbaycan tərəfindən təqdim edilib və Ermənistan tərəfindən də qəbul olunub. Lakin Ermənistan hakimiyyəti sözdə sülh tərəfdarı kimi çıxış etsə də əməlləri tamamilə sülhün əleyhinədir.

Üstəlik hələ də Ermənistan öz ordusunu Azərbaycandan çıxarmır, bölgəyə gizli yollarla silah-sursat daşımaqda davam edir. Son dövrdə isə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusuna qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu təhlükə mənbəyinin ləğv edilməsi isə Azərbaycanın dövlət kimi bir nömrəli vəzifəsdir.

Ona görə də başlanan antiterror əməliyyatı zəruri idi.

Lakin ermənilərdən fərqli olaraq əməliyyata başlayan Azərbaycan Ordusu ancaq və ancaq legitim hərbi hədəflərə atəş açır, mülki əhalinin və obyektlərin qorunması üçün bütün vasitələrdən istifadə olunur.

Bu məqsədlə humanitar dəhliz və qəbul məntəqəsi yaradılıb, qocaların, uşaqların və mülki əhali kateqoriyasına daxil olanların su. ərzaq və lazımi vasitələrlə təmin olunması üçün tədbirlər görülür.

Məlum olduğu kimi, torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində Azərbaycan bu münaqişənin həllinə nail olmaq üçün milli maraqlarımıza uyğun olmayan heç bir şərti qəbul etmədi və sonda münaqişəni öz gücümüzə həll etdik. Bununla da Azərbaycan beynəlxalq siyasətdə münaqişələr həllinin yeni bir presedentini yaratmış oldu. Dünyaya ağalıq etmək iddiasında olan dövlətlər bunu necə qəbul edə bilərlər. Bu kimi həll yolları onların neo-imperialist maraqlarına cavab vermir. Bütün bunları göz önünə gətirəndə Azərbaycan dövlətinin və onun siyasi rəhbərliyinin hansı cəsarətə və qətiyyətə sahib olduğunu və münaqişənin həlli üçün hansı risklərə getdiyini təxmin etmək heç də çətin deyil. Düşünürəm ki, bunu Ermənistan siyasi hakimiyyəti də anlamalı və düzgün nəticə çıxarmalıdır. Cənubi Qafqaza göz dikən böyük güclərə arxayın olub sonda əliboş qalmaq əvəzinə qonşu dövlətlərlə, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərini qaydaya salmaqla bölgənin potensial imkanlarından faydalanmağa çalışmalıdır. Bunun üçün ilk növbədə bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

44 günlük Vətən müharibəsində olduğu kimi ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Bu da onu göstərir ki. azərbaycan xalqı dövləti ilə həmrəydir və hər hansı güzəştə yer yoxdur.

DİGƏR Xəbərlər Arxiv