YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərimizə gedən yolun başlanğıcı

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, Xəzər Rayon İcra Hakimiyyətinin və GL şirkətinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın neft strategiyasından bəhs edən qısametrajlı film nümayiş olunub.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı Rauf Əliyev, GL şirkətinin baş icraçı direktoru Asif Zeynalov, “Taghiyev Operating Company”nin (TOC) baş meneceri Nadir Əfəndiyev, GL şirkətinin vitse-prezidentləri İlqar İbrahimli və Fəridə Ağayeva çıxış ediblər.

Çıxışlarda böyük siyasi xadim Heydər Əliyevin balanslaşdırılmış siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də gerçəkləşmiş “Əsrin müqaviləsi”nin imzalanmasında dünyanın ən məşhur neft şirkətlərinin iştirak etməsindən, “Yeni neft strategiyası” və doktrinasının əsasının qoyulmasından, bu müqavilədən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsinin regional deyil, qlobal bir məsələyə çevrilməsindən, Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsinin 44 günlük Vətən müharibəsində Qələbənin qazanılmasına təsirindən bəhs olunub.

Qeyd edilib ki, bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.

Tədbirin sonunda səmərəli və nümunəvi əmək fəaliyyətinə görə bir qrup şəxsə təşəkkürnamə və fəxri fərmanlar təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv