YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional əməkdaşlığın yeni formatı ölkələrimizi daha da yaxınlaşdıracaq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan beynəlxalq aləmdə  yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır və nüfuz qazanır. Bu, ölkəmizin hədəflərə doğru birgə addımlamaq, təcrübə mübadiləsi aparmaq istəyindən irəli gəlir. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında əməkdaşlığa, birliyə, həmrəyliyə çağırışlar xüsusi yer tutur. Bu çağırışlar atılan addımlarda özünün aydın ifadəsini tapır.

Bugünkü reallıqlarımız Azərbaycanın xarici siyasətində türk dünyası, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verməsinin təsdiqidir. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Tacikistan Prezidentinin dəvəti ilə bu ölkəyə cari ilin ötən dövründə ikinci səfərini etməsi münasibətlərimizin yüksək səviyyədə olmasından irəli gəlir. Dövlət başçısı İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə qonaq qismində iştirak və çıxış etdi. Cənab İlham Əliyevin tədbirdə həm fəxri qonaq qismində iştirsakı, həm də çıxışı iki dost ölkənin nünasibətlərinin möhkəm təməl üzərində uğurla inkişaf etdiyini təsdiqlədi. Bu möhkəm təməlin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu böyükdür. Bu reallıq da inkaredilməzdir ki, ölkələr arasında əlaqələrin inkişafında düzgün müəyyənləşdirilən siyasətlə yanaşı, liderlərin nüfuzu, şəxsi münasibətləri əhəmiyyətli rol oynayır. Dövlət başıçısı İlham Əliyevin Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözlədiyini xüsusi vurğulaması bu münasibətlərin tıəqdimatı kimi dəyərləndirildi.

Günümüzün reallqlarından biri də budur ki, Azərbaycanın Şərq-Qərb dəhlizinin ikişafındakı fəaliyyəti və yaratdığı əməkdaşlıq imkanları onu aparıcı beynəlxalq aktora çevirib. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu, tarixi Zəfərimiz ona olan etimadı daha da artırıb. Bu gün Azərbaycan etibarlı, arzuolunan tərəfdaş kimi dəyərləndirilir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti əlaqlərinin inkişafında stimulverici amildir. Dövlət başçısı İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündəki çıxışında bildirmişdir ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Cənab İlham Əliyev bu mühüm məqamı da  diqqətə çatdırdı ki, Məşvərət Şurasının işində ilk dəfədir iştirak edir və regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

İki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza yaradılıb. Bu günədək 7 sənəd, o cümlədən 2007-ci ildə “Azərbaycan Respublikası  və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Hər bir sənəd əlaqələrin inkişafında yeni bir mərhələ, bir istiqamətdir. Prezident İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında müxtəlif sahələr üzrə əlaqələrin hazırkı sıviyyəsindən geniş bəhs edərək bildirdi ki, əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal iş aparılan “Rəqəmsal İpək Yolu” layihəsidir.

Qısa təhlil bu fikri böyük əminliklə söyləməyə əsas verir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.