YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Patrik Hikki: Azərbaycanın gələcəyi parlaqdır

Avropa fərqliliklər və böyük rəqabət, müxtəliflik, idman və yarışma qitəsidir. Lakin burada, Avropa Oyunlarında biz ümumi inamla, ümumi bayraq altında toplaşdıq: idman və Olimpiya ideallarına doğru addımlamaq bizi ayıran yox, daha çox birləşdirən məkana aparır. Bu inam ondan ibarətdir ki, biz - Avropanın 50 ölkəsi hər dörd ildən bir iki möhtəşəm həftə ərzində birgə ola bilərik.

Bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 28-də “Bakı-2015” ilk Avropa Oyunlarının bağlanış mərasimindəki çıxışında söyləyib.

Patrik Hikki deyib: “Bu, bütün gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Bu cür tədbirin sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu. Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm: Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Avropanın gözəl atletləri üçün gələcək parlaqdır”.