YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Vladimir Putin: Yığmamız Rusiya idmanının tarixinə yeni parlaq səhifə yazıb

Rusiya Prezidenti Vladimir Putin ilk Avropa Oyunlarında qələbə münasibətilə ölkə yığmasını təbrik edib.

Təbrik məktubunda qeyd edilir ki, Rusiya birinci Avropa Oyunlarının qeyri-rəsmi komanda hesabında qalib olub. Prezidentin məktubunda deyilir: “Yığmamız Rusiya idmanının tarixinə yeni parlaq səhifə yazıb, çox vacib yüksəkliyi fəth edib. Təbrik edirəm! Afərin!”.

Yarışların gərgin keçdiyi bildirilən təbrik məktubunda daha sonra deyilir: “Uğur təkcə sizin ustalığınızdan deyil, həm də psixoloji dəyanətinizdən, komanda birliyinizdən, ruh yüksəkliyinizdən asılı idi. Siz bu keyfiyyətləri tam gücünüzlə nümayiş etdirdiniz.

Məşqçilərə, sizin hamilərinizə, Bakı yarışlarında layiqincə çıxış etməyinizdə sizə kömək edən hər kəsə xüsusi minnətdarlığımı çatdırmaq istəyirəm. Siz birlikdə sübut etdiniz ki, yığmamızın böyük potensialı, yaxşı ehtiyat imkanları var. Əminəm ki, bu, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiya oyunlarında Rusiyanın uğurlu iştirakı üçün yaxşı zəmindir.

Bir daha hamınızı zəfər münasibətilə təbrik edirəm. Sizə cansağlığı və yeni qələbələr arzulayıram”.