Xəbərlər
Misirdə tarixə düşəcək prezident seçkilərinə start verildi
Misirdə bu gün prezident seçkiləri başlayıb. Səsvermə iki gün ərzində davam edəcək.
Misirdə təxminən 80 milyon nəfər əhalidən, 54 milyon nəfəri seçki hüququna malikdir.
Ölkədə ən yüksək vəzifə uğrunda iki namizəd mübarizə aparır: Misir siyasətinin veteranı Hamdin Sabahi və sabiq müdafiə naziri Əbdül Fəttah əs-Sisi.
Seçkilərin nəticələri iyunun 5-dən gec olmayaraq açıqlanmalıdır.