YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda vətəndaşları qəbul edib. Qəbulda rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri iştirak edib.

Qəbuldan öncə Anar Məmmədov Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb. Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının inzibati binasında keçirilən qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat onların müraciət və təkliflərini dinləyib. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.