YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xatirələrinə ehtiram!

Biləsuvar rayonunun Nərimankənd kəndində 2014-cü ilin avqust döyüşlərində şəhid olmuş Qarazadə Anar Vidadi oğlunun anım və Biləsuvar şəhərində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Dəmirli Hüseyn Zeynal oğlunun doğum günləri ilə əlaqədar ailələri ziyarət olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdiyi xidmətlərindən və şücaətlərindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Daha sonra kənd və şəhər qəbirstanlığında şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Anar Vidadi oğlu Qarazadə 24 aprel 1996-cı ildə Biləsuvar rayon Nərimankənd kəndində anadan olub. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Şəhid Anar Qarazadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan şəhid Dəmirli Hüseyn Zeynal oğlu 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olub. 6 oktyabr 2011-ci ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılıb. 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlamışdır. 2 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.