YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəruri varisliyin başlanğıc günü

Rəşad Mahmudov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Müasir Azərbaycan tarixinin taleyüklü hadisələrindən biri 1993-cü ilin 15 iyunu Ümummilli Lider Heydər Əliyevin müstəqillik dövrü təqviminə Milli Qurtuluş Günü adı ilə düşmüş hakimiyyətə qayıdışıdırsa, digəri heç şübhəsiz, 4 avqust 2003-cü ildə Ulu Öndərin ən layiqli varisi İlham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməklə siyasi olimpə gəlişi oldu. Bu iki hadisənin siyasi önəminə görə yanaşı yer alması heç də təsadüfi olmayıb, zəruri varislik tələbatından qaynaqlanmışdır. Əgər 1993-cü ilin 15 iyunu dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin sədri, az sonra xalqın böyük əksəriyyətinin etimadı ilə Prezident seçilməsi ölkənin qurtuluş tələbatından irəli gəlmişdisə, yeni modern lider İlham Əliyevin 2003-cü il avqustun 4-də  Baş nazir təyin edilməsi gələcək qüdrətli Azərbaycan dövlətinin təməli oldu. O zaman xalqımızın əzəmətli oğlu Heydər Əliyevin İlham Əliyevə etimadının yeganə doğru addım olduğunu ötən 20 ilin misilsiz nəticələri parlaq şəkildə təsdiq edir.

Həyat göstərdi ki, Ulu Öndərin siyasi uzaqgörənliyi həmişə olduğu kimi, qibtə ediləcək dərəcədə dəqiq və vaxtında verilmiş qərar imiş. Keçilən yüksəliş yolu, qazanılan möhtəşəm uğurlar sübut etdi ki, bütün həyatını Vətənin tərəqqisinə həsr etmiş Ulu Öndər sonrakı illər üçün də Azərbaycanın taleyini özü qədər inandığı, sonadək etibar etdiyi bir insana həvalə etməklə nə qədər dahiyanə bir qərar vermişdir. Ölməz rəhbər müstəqil Azərbaycanın  sonrakı onilliklərdəki inkişaf konsepsiyasını da özünəməxsus bir siyasi məharət və uzaqgörənliklə müəyyən etmişdir. Unudulmaz Heydər Əliyevin düşündüyü xoş gələcəyi bu gün xalqımız yaşamaqdadır.

2003-cü il avqustun 4-də Prezident Heydər Əliyevin təqdimatı ilə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini İlham Əliyevin Baş nazir təyin olunmasına hamılıqla razılıq vermiş Milli Məclis, əslində, tezliklə dünyanın siyasi olimpində Azərbaycanın yeni yüksəkliklərə qalxacağına səs vermişdi.  Beləliklə,  2003-cü ilin 4 avqustunda Prezident Heydər Əliyevin fərmanı ilə Baş nazir təyin olunan və ardınca həmin ilin 15 oktyabrında Ulu Öndərin etimad çağırışına cavab olaraq xalqın mütləq səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev modern bir lider olaraq qısa zamanda ölkənin daxili və xarici siyasətində yeni yüksək hədəflər müəyyən etdi, əksər sahələrdə ciddi irəliləyişə və tarixi yüksəlişə nail oldu.

Ümummilli Liderin ideya və siyasətinin ən sadiq davamçısı Prezident İlham Əliyev doğma Azərbaycanımızı iqtisadi və siyasi baxımdan regionun lider dövləti, dünyanın sivil və tərəqqi edən ölkəsinə çevirməyi bacardı.Ölkəmiz dövlət başçısı İlham Əliyevin Ulu Öndərin arzu və vəsiyyətlərini dönmədən gerçəkləşdirməklə taleyinin ən xoşbəxt dövrünə qədəm qoydu.Prezident İlham Əliyevin lideri olduğu Azərbaycan təkcə regionda deyil, dünyada da mükəmməl siyasi kursu ilə vacib tərəfdaşa çevrilə bildi. Ən yüksək beynəlxalq tribunalarda ölkəmizin səsi eşidildi və dövlətimizin başçısı düşmənlərimizə yerini göstərdi. İndi heç kəs Azərbaycanla təhdid dilində danışa, regionda ölkəmizin iştirakı olmadan hər hansı bir layihə həyata keçirə bilməz. Çünki artıq bu coğrafiyada milli maraqlarımızı siyasi xəttinin prioreteti seçən İlham Əliyevin, güclü Azərbaycan dövlətinin sözü keçir.

Sonrakı mərhələdə Prezident İlham Əliyev üçün ölkəmizin adına bütun bu uğurlar kifayət deyildi. Qarşıda daha böyük hədəf-Qarabağın işğaldan azad olunması, Vətənin bütövləşməsi, ümumxalq həsrətinin sona yetməsi yolunda addımlar atılması kimi ali məqsədlər dayanırdı. Bütün fəalliyyəti dövründə humanizm prisiplərinə sadiq qalan, qan tökülməsinin əleyhinə olan Prezident İlham Əliyev sabitlik adası kimi görmək istədiyi Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində işğalçı Ermənistana davamlı olaraq barış əli uzatdı. Lakin qarşı tərəfin qəbuolunmaz davranışları, təmas xəttində yeni təxribatlara əl atması Vətənin bütövlüyü uğrunda müqəddəs müharibəni qaçılmaz etdi.

Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Qarabağda azğın düşmənlə, siyasət meydanında isə erməni maraqlarının əsirinə çevrilmiş ikili dünya ilə amansız savaşa çıxdı. Prezident İlham Əliyev Vətən uğrunda bu müqəddəs savaşla Azərbaycan tarixinin ən böyük və ən şərəfli Zəfər epopeyasını yazdı. 2020-ci ilin payızında 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi, düşmən rəzil məğlubiyyətə uğradıldı. Prezident İlham Əliyev Azərbaycana qalib ölkə statusunu qazandıran sərkərdə kimi tarixə silinməz möhürünü  vurdu. Azərbaycanın dövlət başçısı Vətənə, xalqa bağlı lider nünunəsi sərgilədi. Düşmən ölkə ictimaiyyətinin nümayəndələri belə şəxsiyyətinə və xarizmatik keyfiyyətlərinə görə Azərbaycan liderinə həsəd aparırlar. 

Bütün bunlar 2003-cü ilin avqust və oktyabrında Ulu Öndər Heydər Əliyevin və onun ömrü boyu sədaqətlə xidmət etdiyi xalqının qərar və seçimdə nə qədər haqlı olduğu qəti olaraq təsdiqini tapdı. Yanılan anti-Azərbaycan qüvvələr və ölkəmizin düşmənləri, qalib Azərbaycan oldu!

DİGƏR Xəbərlər Arxiv