YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konstruktivlik nümayiş etdirsə…

“Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Euronews” televiziyasına verdiyi müsahibədə regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri ilə bağlı fikirlərini açıqladı. Dövlət başçısının dediyi kimi, əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, konstruktivlik nümayiş etdirsə, sülh sazişinin yaxın vaxtlarda imzalanması mümkündür”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev müsahibədə Ermənistan hökumətinə və Qarabağda yaşayan ermənilərə mesaj verib. Azərbaycan dövləti Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaqla bağlı Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.

F.Yıldırımın sözlərinə görə, hazırda Ermənistan və Qarabağda qondarma rejim guya bölgədə “humanitar böhranın” olduğunu iddia edərək şou-aksiyalar təşkil edir. Onların məqsədi beynəlxalq birliyi aldatmaq və Laçın-Xankəndi yolundan istədikləri kimi istifadə etməkdir. Çünki aprelin 23-də bu yolun Ermənistanla sərhədin başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması rəsmi İrəvanın və Qarabağ separatçılarının yoldan qanunsuz məqsədlər üçün istifadə etmələrinin qarşısını aldı. Bundan sonra Ermənistan və Qarabağdakı separatçı rejim beynəlxalq ictimaiyyəti aldatmağa çalışır ki, guya Qarabağda dinc əhali guya blokada şəraitində və humanitar “böhranla” üzləşib.

“Lakin bütün bunlar əsassızdır. İlk növbədə xatırlatmaq lazımdır ki, bu qüvvələr heç vaxt dinc əhalini düşünmür, yalnız özlərinin maraqları baxımından çıxış edirlər. Separatçı rejimin rəhbərliyi yalnız özlərinə sərvət toplamaqla, lüks həyat şəraiti yaratmaqla məşğul olublar. İşğal dövründə Şuşada üç villanın tikilməsi də bunu təsdiqləyir. Azərbaycan humanitar məqsədlər üçün Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolunu təklif edib. Lakin separatçılar bu yolu bağlamaq məqsədilə həmin yola beton plitələr düzüblər. Təkcə bu fakt onların sülhdən uzaq olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.  Göründüyü kimi, nüfuzlu “Euronews” televiziyasına dövlət başçımızın müsahibəsi regiondakı proseslərlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edir”, - deyə Fatma Yıldırım vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv