YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib

İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoydu.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxdı.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi.

Sonra dövlətimizin başçısı şəxsi heyətlə görüşdü.

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev əsgərləri salamladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.

Sonra dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış oldu.