YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir

Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir.

Bu fikri Prezident İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə Kral VI Məhəmmədə ünvanladığı təbrik məktubunda ifadə edib.

“Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti Mərakeş Krallığının milli bayramı münasibətilə Kral VI Məhəmmədi və onun simasında qardaş Mərakeş xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən səmimi arzularını çatdırıb.