YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev SOCAR-a yeni vitse-prezidentlər təyin edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) vitse-prezidentlərin təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev SOCAR-ın yeni vitse-prezidentləri təyin olunublar.

Prezident İlham Əliyevin digər sərəncamları ilə Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrindən azad ediliblər.