YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sərhəd tanımayan erməni qətliamları

“Ermənistanda terror dövlət siyasəti səviyyəsinə yüksəlib. Məhz bu səbəbdəndir ki, bu ölkədə terrorçulara böyük “ehtiram” bəslənilir. Azərbaycan erməni terrorundan əziyyət çəkmiş ölkədir. Xalqımız erməni terrorunun acı nəticələrini yaşayıb. Erməni terrorizmi beynəlxalq səviyyədə öz qiymətini almalı, terroru təbliğ edənlər cəzalandırılmalıdır. Təəəssüf ki, bu istiqamətdə beynəlxalq birlik tərəfindən lazımi addımlar hələ də atılmayıb. Bu səbəbdəndir ki, erməni terrorçuları tərəfindən törədilmiş qətllər Ermənistanda xüsusi tədbirlərlə anılır. Hər il “Lissabon 5” anım mərasimlərinin keçirilməsi də bunun göstəricisidir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, hər il 27 iyul tarixində Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Adətən belə tədbirlərdə erməni ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər. “Lissabon 5” məsələsinə gəlincə, 1983-cü il iyulun 27-də Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan adlı terrorçular Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşlər. Portuqaliya Baş naziri Mario Soares hadisəni nəzarət altına almış və hadisə yerinə göndərdiyi 170 polis səfirliyin binası mühasirəyə almışdı. Terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmışdılar. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdi. Terrorçuların diplomat xanımını qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdi. Bu hadisədən ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdır. 138 nömrəli həmin MTQD Amerikanın özünü terrorçulardan qoruma hüququnu özündə ehtiva edirdi.

Deputatın sözlərinə görə, Ermənistanda bəzi terrorçuların qəhrəmanlaşdırılması davam edir. Onlar haqqında əsərlər yazılır, filmlər çəkilir, hətta abidələr qoyulur.  Bunlardan biri də “Nemezis” abidəsidir. “Daşnaksütyun” partiyasının keçirdiyi terror aksiyası “Nemezis” əməliyyatı adlanırdı. 1919-cu ilin oktyabrında "Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayda “Nemezis” intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdi. Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütyun” partiyasının “Nemezis” terror hərəkatının hədəfinə çevrilmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan şəxslərin, eləcə də Türkiyənin tanınmış dövlət və ictimai xadimlərinin qətlə yetirilməsi bu terror təşkilatının əməli olub. Eləcə də, ASALA terror təşkilatı da bir sıra ölkələrdə  türk diplomatlarına qarşı bir çox qətliamlar törədib. “Lissabon 5” terroru da bunun acı bir nümunəsidir. Dünya birliyi erməni terroruna səssiz qalmamalı, Ermənistanda terrorçuların qəhrəmanlaşdırılmasına qarşı öz etiraz səsini ucaltmalıdır.