YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peru mətbuatı birinci Avropa Oyunlarını işıqlandırır

Perunun “peru.com” saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı maraqlı fotosessiya yerləşdirilib.

Saytda, həmçinin Bakı şəhəri ilə bağlı kiçik arayış da təqdim olunur. Bildirilir ki, Bakı bu beynəlxalq yarışa ev sahibliyi edən ilk şəhərdir.

“Bakı zəngin tarixə malik çoxlu turist cəlb edən şəhərdir. Bu şəhər çoxlu sayda investisiya layihələri sayəsində sürətlə inkişaf edir. Bakı bu gün nüfuzlu idman tədbirinə ev sahibliyi etməklə növbəti uğura imza atır”, - deyə məqalədə bildirilir.

Fotolarda isə müxtəlif yarışlardan ən maraqlı məqamlar əksini tapıb.

DİGƏR Xəbərlər Arxiv