YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm təməl üzərində qurulan əlaqələr

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

İyulun 22-də Çinin “China Global Television Network” televiziya kanalında yayımlan mühasibəsində Prezident İlham Əliyev verilən bütün sualları hər zaman olduğu kimi, tam əhatəli, dəqiq və faktlara əsaslanmış şəkildə cavablandırıb. Dövlət başçısı müsahibədə Azərbaycan-Çin arasındakı mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinə geniş yer ayırıb. Prezident iki ölkənin yürütdüyü siyasət və bir çox digər sahələrdə oxşarlıqların olduğunu qeyd edib. Həmçinin Azərbaycan və Çin əlaqələrinin tarixi və inkişafı istiqamətində bir çox məqamlardan, Ulu Öndər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin qurulmasına, inkişafına, dərinləşməsinə verdiyi töhfədən söhbət açıb.

Prezident İlham Əliyev Azərbaycan - Çin münasibətlərindən bəhs edərkən qeyd edib ki, son zamanlar münasibətlərimiz daha da intensivləşib. Liderlər arasında görüşlər istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır. İkitərəfli əlaqələrin gələcəyindən danışarkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Çin arasında yekdil siyasət vardır. Dövlət başçısı onu da qeyd edib ki, iki ölkə arasındakı münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır.

Prezident İlham Əliyev müsahibəsində bir neçə il öncə dünyanı bürüyən Covid-19 pandemiyası zamanı Çinin və onun rəhbəri cənab Si Cinpin Azərbaycana olan köməyini xüsusi olaq vurğulayıb. Covid-19 başlayanda Azərbaycan peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdiyini və bu məsələdə bizə yardım edən yeganə ölkənin Çin olduğunu xatırladıb.

Çin tərəfindən “Bir kəmər, bir yol” təşəbbüsünün mədəni dəyərini yüksək qiymətləndirən Prezident İlham Əliyev ilk növbədə bunun dostluğa əlavə təkan və töhfə olacağını, qarşılıqlı fəaliyyət nəticəsində mədəni əlaqələrin inkişafının sürətlənəcəyini də xüsusi qeyd edib.

Zəngəzur Dəhlizin önəminə toxunan Prezident İlham Əliyev bildirib ki, biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Dövlətimizin başçısı bununla bir daha mesaj göndərmiş oldu ki, Ermənistan tərəfi istəsə də, istəməsə də Zəngəzur dəhlizi reallaşacaq.

Tayvan məsələsi barədə sualı cavablandıran dövlətimizin başçısı qeyd edib ki, biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək.

Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibə verməsi, iki ölkə arasında mövcud olan münasibətlərin dostluq, qardaşlıq üzərində qurulduğunu nümayiş etdirməklə yanaşı, mövcud münasibətlərin inkişafına təkan verəcək.