YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Voinov: İlk Avropa Oyunlarının Bakıda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan idman ölkəsidir

“Bakı-2015” birinci Avropa Oyunları Orta Asiya ölkələrinin də diqqət mərkəzindədir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan idman ölkəsidir və burada idmançılara ən yüksək səviyyədə şərait yaradılıb.

Bu fikirləri Qırğızıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, əməkdar məşqçi Aleksand Voinov söyləyib.

A.Voinov deyib: “Biz çox şadıq ki, ilk Avropa Oyunlarında dünyanın 50 ölkəsindən gəlmiş təxminən 6 min idmançı iştirak edir. Yarışlar dünya standartlarına cavab verən gözəl idman obyektlərində keçirilir. Belə ki, bu möhtəşəm idman tədbirinin keçirilməsi üçün yaradılan infrastrukturlar gələcəkdə də ölkənin idman uğurlarının artmasına xidmət edəcək”.

O bildirib ki, Azərbaycan idmançılarının uğurları, onların 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında da yüksək nəticələr göstərəcəklərinə sübutdur. İdmanın inkişafına yönəldilən dövlət siyasəti Azərbaycanda yeni-yeni idman yarışlarının keçirilməsinə imkan yaradacaq və yeni idman qəhrəmanları yetişəcək. Bu da gələcək üçün daha güclü və sağlam bir nəsil yetişdirmək deməkdir.