YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maraqlar naminə

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

İşğaldan azad olunan, qədim tarixi olan əzəli yurdumuzdan biri doğma Şuşa şəhəridir. Qarabağın tacı, Azərbaycanın incisi olan Şuşanın zəngin, qədim tarixi və mədəni abidələrlə əhatə olunması, bu şəhərin böyük qaya üzərində yerləşən görünüşü bütün insanları heyran edir. Bildiyimiz kimi, Şuşa artıq 3 ildir ki, mötəbər tədbirlərə ev sahibliyi edir və Prezident İlham Əliyev orada keçirilən tədbirlərin bir çoxunda iştirak edib. Bir neçə gün öncə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu təşkil edilib. Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər. Eyni zamanda, Forum ərzində “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “Mediada investisiya və istehlak tendensiyaları”, “Təhlükəsizlik məsələləri” adlı sessiyalar keçirilib, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb. Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Forumda media nümayəndələrinin suallarını cavablandıran Prezident İlham Əliyev ölkəmizin tarixi, mədəniyyəti, sosial-iqtisadi vəziyyəti, daxili və xarici siyasəti, qonşu və digər dövlətlərlə olan əlaqələrimiz, həmçinin medianın inkişafı, fikir və söz azadlığının ölkəmizdə tam qanunauyğun şəkildə həyata keçirilməsi, bir sıra xarici dövlətlərin bizim haqq işimizlə bağlı göstərdiyi deskonstruktiv mövqe və digər mühüm məsələlərdən geniş və məzmunlu çıxışında bəhs etdi. Azərbaycan Prezidentinin ictimaiyyətin diqqətinə çatdırdığı məsələlər onu göstərir ki, ölkəmizin maraqları naminə gecə-gündüz bütün qüvvəsini səfərbər edən və dövləti qüdrətli edən güclü bir Liderimiz var.

“Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə, ilk növbədə, hiss etdiyim qürur hissidir. Çünki xalqımla, Ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil” söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ensklopediyanın şanlı səhifələrinə saysız-hesabsız uğurlar yazılmaqdadır. Bugünkü reallıqlar tariximiz, tariximiz isə real mövqeyimizdədir. Prezident İlham Əliyev isə tarixi yaradan və yazan şəxsiyyətdir.