YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Syerra-Leone ilə əməkdaşlıq yolunda bundan sonra da birgə səylər göstərəcəyik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Culius Maada Bionu təbrik edib.

Dövlətimizin başçısı bununla bağlı məktubunda bildirib: “İnanıram ki, Azərbaycan ilə Syerra-Leone arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Azərbaycan Prezidenti Syerra-Leoneli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqın rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.