YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin hərbi qulluqçularının təltif olunmaları ilə bağlı sərəncamlar imzalayıb

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 5 nəfərə “general-mayor” ali hərbi rütbəsi verilib.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçusu və mülki işçiləri orden və medallarla təltif edilib. Sərəncama əsasən, altı nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 3 nəfər “Tərəqqi”, 20 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.

Dövlətimizin başçısının imzaladığı başqa bir Sərəncama əsasən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib. Belə ki, bir nəfər “Xalq Artisti”, iki nəfər “Əməkdar Mədəniyyət İşçisi”, iki nəfər “Əməkdar Müəllim”, üç nəfər isə “Əməkdar Həkim” fəxri adları ilə təltif olunub.