YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu diplomatiya

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan xalqının xilaskarı kimi qəlbimizdə əbədi yaşayan Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısında xidmətləri misilsiz və danılmazdır. Xalqımız bu xidmətləri hər zaman çox yüksək qiymətləndirir. 

Ölkə Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibə mühüm iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Müsahibə zamanı səsləndirilən fikirlər Azərbaycan və Çin dövlətləri arasında gələcək geniş əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinə öz müsbət töhfələrini vermiş olacaqdır.  Azərbaycan-Çin münasibətlərinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin bu münasibətlərin inkişafında maraqlı olduğunu  qeyd edən  Prezident İlham Əliyev bildirmişdir ki, “Ulu öndərin əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi”. 

Prezident İlham Əliyev müsahibə zamanı Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən bildirdi ki, “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub”.

Ulu Öndər Heydər Əliyev dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasını Heydər Əliyev və İlham Əliyev siyasəti təşkil edir. Azərbaycan dünyada, regionda böyük siyasi, iqtisadi potensiala malik olan dövlət kimi xüsusi çəkiyə və nüfuza sahibdir.

Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq regional liderliyini təmin edib.