YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Sərhədlər arasında"

Meksikanın aparıcı xəbər kanallarından olan “Milenio” televiziyasında yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı Vətən müharibəsi sonra regionda yaranmış yeni reallıqlar barədə Şuşadan reportaj efirə gedib.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, ölkəmizdə səfərdə olan region üzrə tanınmış ekspert və analitik Talya İşcan tərəfindən hazırlanmış reportajda Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunub.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının aparıldığını qeyd edən ekspert, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə burada mülkü yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verib, bu ərazilərdən 30 il öncə qovulmuş məcburi köçkünlərimizin öz evlərinə qayıtmalarının təmin edilməsi üçün Azərbaycan tərəfindən aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri haqda danışıb.

Süjetdə, həmçinin Şuşa şəhərində və ümumilikdə işğaldan azad edilmiş ərazilərdə mövcud olan tarixi-mədəni abidələrin 30 illik işğal dövründə erməni vandalizminə məruz qaldığı, bəzilərinin isə tamamilə darmadağın edildiyi qeyd olunub.