YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Rauf Əliyev Bolqarıstan səfiri ilə görüşüb

İyulun 24-də Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanovla görüşüb.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və hal-hazırda strateji əməkdaşlıq səviyyəsində olduğu qeyd olunmuş və bu sahədə iki dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyət daşıdığı vurğulanıb. İki ölkə arasında energetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf prespektivləri müzakirə olunub. Görüş zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi əhəmiyyəti qeyd edilib.

Əlaqələrin inkişafında Azərbaycan və Bolqarıstan arasında mövcud siyasi dialoq və yüksək səviyyəli səfərlərin və təmasların mühüm rol oynadığı diqqətə çatdırılıb. Xüsusilə, energetika sahəsində səmərəli əməkdaşlığın təcəssümü kimi ötən il Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyəti qeyd olunub. Bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolundan geniş bəhs edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 aprel 2023-ci il tarixində Bolqarıstana rəsmi səfəri çərçivəsində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı “Anlaşma Memorandumu”nun imzalanmasının mühüm əhəmiyyət daşıdığı qeyd olunmuşdur. Bildirilmişdir ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılması şirkətin Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək. SOCAR-ın Bolqarıstanda ofisinin açılışı həm Avropa, Balkan ölkələrində onun fəaliyyət sferasının genişlənməsinə və eyni zamanda Azərbaycanın neft-qaz məhsullarının bu ölkələrə tranziti üçün yeni imkanlar yaradacaq.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.