YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsi milli sərvətimizdir!

Türk Ağsaqqalları Birliyi (TAİB) gənclərinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində "Azərbaycanın xaricdə təbliğatı: Heydər Əliyev irsinə sadiqlik və diasporla əməkdaşlıq müstəvisində müasir yanaşmalar" adlı dəyirmi masa keçirilib. 

Tədbirdə ABŞ-da yaşayan soydaşımız, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri Elgün Xanoğlanlı çıxış edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə, torpaqlarımızın işğaldan azad olunması ölkəmizin nüfuzunun artmasına səbəb olub: “Müzəffər Ordumuzun qəhrəmanlığı, Prezidentimizin qətiyyəti, heyrətamiz idarəçilik məharəti, sözsüz ki, xaricdə yaşayan azərbaycanlıların da qürur mənbəyidir. Dövlətimizlə, Prezidentimizlə və Ordumuzla qürur duyuruq”. 

Tədbirdə çıxış edən TAİB İdarə Heyətinin üzvləri və Gənclər Təşkilatının təmsilçiləri Heydər Əliyev irsinin öyrənilməsinin əhəmiyyətindən bəhs ediblər.

Sonra "Türk dünyası ağsaqqalları" qəzeti ilə tanışlıq olub və xatirə fotosu çəkdirilib.