YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatı 30 illik yubileyini qeyd edib

İyulun 24-də Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatınının yaradılmasının 30 illiyi qeyd edilib.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya fəalları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov tədbiri açaraq, YAP Gəncə şəhər təşkilatının üzvlərini tarixi gün münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü, ən monolit siyasi təşkilat olduğunundan və ictimai nüfuzuna görə Yeni Azərbaycan Partiyası ilə müqayisə edilə biləcək digər partiyanın mövcud olmadığından söhbət açan Bayram Aslanov Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətindən ətraflı bəhs edib. Bayram Aslanov bildirib ki, 1993 – cü il 23 iyulda 63 təssübkeşin iştirakı ilə yaradılan partiyanın Gəncə şəhər təşkilatında bu gün 43 min 464 üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, dahi rəhbərin layiqli varisi Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, bildirib ki, Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı 30 illik tarixində çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gəlib, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətini, Prezident cənab İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyini nümayiş etdirib. YAP Gəncə şəhər təşkilatının üzvləri Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi həyata keçirilən tədbirlərdə, aksiyalarda yaxından iştirak edirlər.

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası bu gün Prezident cənab İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib. Partiyanın keçdiyi 30 illik şərəfli yolun təhlili fonunda Fuad Əliyev qətiyyətlə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Müxtəlif vaxtlarda YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsində çalışmış Çingiz Muxtarov, Nizami Əhmədov və İsrafil İsmayılov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan partiyanın Gəncə şəhər təşkilatının zəngin tarixinə nəzər salıblar. Gəncədə əldə edilən böyük uğurların qazanılmasında şəhər partiya təşkilatının müstəsna xidmətlərindən danışan natiqlər bildiriblər ki, təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstəriblər.

Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqilliyimizin Prezident cənab İlham Əliyev tərəfindən tamamilə sarsılmaz olduğunu qeyd edən Respublikanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktyoru Məmmədəli Balayevin ifasında səsləndirilən şeirlər tədbir iştitakçılarının gurultulu alqışları ilə qarşılanıb.

Sonda YAP Gəncə şəhər təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə Təşəkkürnamələr təqdim olunub.