YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaxın 3 ildə...

150 mindən çox azərbaycanlı Qarabağ və Şərqi Zəngəzura qayıdacaq

Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı Rusiya mediasının diqqət mərkəzindədir.

Azərbaycan dövlətinin başçısının forumdakı çıxışında yer alan fikirlər Rusiyanın federal KİV-lərində geniş yayımlanıb.

“TASS” Dövlət İnformasiya Agentliyi Prezident İlham Əliyevin yaxın üç il ərzində 150 mindən çox azərbaycanlının Qarabağa və Şərqi Zəngəzura qayıdacağı ilə bağlı bəyanatını yayıb.

Agentliyin digər materialında bildirilir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında münasibətlərin inkişafının kifayət qədər uğurlu olduğunu, sənədin maddələrinin yerinə yetirildiyini vurğulayıb.

Agentlik, həmçinin Azərbaycan Prezidentinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpasının mümkünsüzlüyü, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında yalnız iki vasitəçinin –Rusiya və ABŞ-nin olması, Avropa İttifaqının bu prosesdə rolu barədə fikirlərini də oxucularına təqdim edib.

Qonşu ölkənin digər media qurumları – “İzvestiya”, “Arqumentı nedeli”, “Moskovskiy komsomolets” qəzetləri də Azərbaycan Liderinin Qlobal Şuşa Forumunda çıxışına geniş yer ayırıblar. Materiallarda Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilməsi planlaşdırılan görüşü, Rusiya ilə ABŞ arasında danışıqların Azərbaycanda başlanmasının mümkünlüyü barədə fikirləri yer alıb.